Qlobal bazarlarda neftin qiyməti 2020-ci ilin yanvarın 16-sından bu tərəfə ən yüksək qiymətə qədər irəliləyib.
Banker.az Bakı vaxtı ilə 08:30 radələrinə olan sövdələşmələr üzrə göstəricilərə istinad edir ki, Brent markalı xam neft aprel fyuçerslərində 1.14 dollar, yəni, 1.83% bahalaşmaqla 63.57 dollar/barrel olub.
WTI nefti isə Nyu-York birjasında mart fyuçersləri üzrə 1.34 artaraq(2.25%) 60.81 dollar/barrel təşkil edib.
Hazırda ucuzlaşmaya əsas səbəblər ABŞ dollarının əsas 6 valyuta səbəti qarşısında yenidən zəifləməsi, ABŞ-da iqtisadiyyat üzrə hazırlanan stimul paketidir. Bu da iqtisadi aktivliyin geridönməsi və neftə olan tələbin bərpasına gətirib çıxarması üçün investorlar tərəfindən əsas alət kimi görülməkdədir.
Digər səbəb kimi isə Səudiyyə Ərəbistanının dəstəyi ilə Yəməndə Husilərə qarşı döyüşlər sahəsində yaranan siyasi gərginliyin artması da göstərilir.