26 C
Baku
Saturday, July 27, 2024

Neftin mövcud qiymətləri niyə şist neft istehsal edən şirkətlər üçün fəlakətlidir?

ABŞ-ın şist neft istehsal edən şirkətləri daha bahalı neftə ehtiyac duyurlar, əks halda bu sektora sərmayə qoymaq məqsədəuyğun olmayacaq.

Neft sektoruna investisiyaların bərpa edilməsi, WTI neftin qiymətinin sabit olaraq 60 dollara kimi olmasını tələb edir. Banker.az xəbər verir ki, bu haqda Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış etmiş Hess şirkətinin rəhbəri olan John Hess öz fikrini bildirib.

“İstehsalata qoyulan investisiyanın az olması, neft qiymətlərinin daha yüksək

olması lazım olduğunu göstərir. Daha sabit qiymətlərə ehtiyac var, qiymətlər minimum olaraq bir barelə görə 53 dollardan yuxarı olmalıdır. WTI neftinin qiyməti  isə 60 dollar olsa daha yaxşı olar. Uzunmüddətli layihələri işə salmaq üçün, qiymətlər daha sabit olmalıdır”, – rəhbər qeyd edir.

Onun fikrincə, önümüzdəki illərdə şist neftin payı 6% -dən 10% -ə qədər artacaq, lakin sonrakı illərdə ehtiyatların inkişafı ilə əlaqədar artım dayanacaq.

“İndi xammal bazası çox genişdir, amma nəticədə indi biz o qədərdə cəlbedici görünməyən səhmlərə yaxınlaşırıq, buna görə də şist – Səudiyyə Ərəbistanı deyil”, – Hess deyib.

Daha əvvəl ABŞ Enerji Departamenti 2020-ci ildə ölkədə neft hasilatının gündə 12,9 milyon barelə çatacağını proqnozlaşdırmışdır, 2019-cu ilin proqnozu gündə 12,1 milyon barel səviyyəsində saxlanılır. Eyni zamanda, dövlətlər keçən il rekordları yeniləyərək istehsal həcmlərini kəskin şəkildə artırıblar.

Qeyd edək ki, indi Amerika WTI-nin barelinin qiyməti təxminən 52 dollar təşkil edir və dekabr ayı ərzində qiymətlər bir barrel üçün 42-43 dollara düşüb.

Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda şist neftin istehsalçıları yeni bir problemlər üzləşməli olacaqlar. Bu, su problemi olacaq.

Su neft hasilatı prosesində əsas komponentdir və qazmaçılar ondan böyük miqdarda istifadə edirlər. ABŞ neft sənayesinin problemi Permian hovuzundakı suyun get-gedə azalması ilə bağlıdır.

Morgan Stanley analitikləri hesab edirlər ki, su artıq hasilat dəyərinin təxminən 15% -ni təşkil edir.

İnvestisiya bankı yeni hesabatda deyir: “Permian hovuzunda ümumi su xərclərinin önümüzdəki 5 il ərzində təxminən 22 milyard dollara çatacağı gözlənilir, kəşfiyyat və istehsal isə ayda 50 barel su istifadə edilərək həyata keçiriləcək”.

Yeri gəlmişkən, ötən həftə ABŞ-da aktiv qazma qurğularının sayı bir qədər azalıb.

Şübhəsiz ki, şist biznesi son illərdə səmərəliliyini göstərə bilmişdir. Texnologiyanın inkişafı hər bir qüllədən istehsalın kəskin artmasına gətirib çıxarıb, buna görə qazma sayının azalması və bərpa olunan neftin həcmi rekord səviyyəyə çatıb.

Bu sektor kifayət qədər texnoloji və dəyişkəndir. Əsas odur ki, şist neft istehsal edən şirkətlər, öz istehsalını azaldaraq və ya tamamilə dayandıraraq, tez bir zamanda yenidən bərpa edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər