25 C
Baku
Saturday, July 27, 2024

Neftin qiyməti OPEC+ iclası öncəsi qalxır – səbəb

İnvestorlar Azərbaycanın da iştirak etdiyi OPEC+ alyansının bu gün keçiriləcək Nazirlər Monitorinq Komitəsinin iclasını gözləyir. Brent isə bu arada 44 dolların üzərinə keçib.

Ticarətçilər isə “Pfizer” və “BioNTech” əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndlərinin işə yaraması ilə bağlı xəbərlər fonunda tələbat perspektivlərini qiymətləndirməyə davam edirlər. Bu isə görüş öncəsi neftin qiymətində nisbətən canlanma müşahidə edilməsi deməkdir.

Banker.az Bloomberg-in Bakı vaxtı ilə 11:25 radələrinə olan göstəricilərinə istinadla bildirir ki, Brentin bir barelinin qiyməti London birjasında 2021-ci ilin yanvar fyuçersi üzrə qiyməti sessiya ərzində 21 sent, yəni, 0.48% artımla 44.03 dollar olub.

Analoji dinamika WTI markalı xam neftin Nyu-York birjasındakı dekabr fyuçersləri üzrə bir barelinin qiyməti 12 sent, yəni, 26% bahalaşmaqla 41.46 dollar təşkil edib.

Bildirməliyik ki, Brentin ortalama qiyməti nisbətən öncəki aydakı rəqəmləri üstələyə bilir. Hətta bəzi hallarda sentyabr ayının əvvəlindəki rəqəmlərə çatmaq üzrə dalğalanmalar da var.

Günün ikinci yarısında OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək və iştirakçılar dünyada ikinci koronavirus dalğası fonunda neft bazarındakı vəziyyəti müzakirə edəcəklər.

Ötən gün Bloomberg-ə “Rapidan Energy Group” konsaltinq şirkətinin prezidenti deyib ki, indi neft hasilatını artırmağın vaxtı deyil.

“Onların əlindən artırmanı təxirə salmaqdan başqa heç nə gəlmir. Avropada tələbin aşağı düşməsi qorxudur”, deyə konsaltinq şirkətinin prezidenti deyir.

OPEC və onunla qiymət sabitliyini təmin etmək istəyən alyanslar neft hasilatlarını günlük 7.7 mln. barel endiriblər. Oktyabrda bu öhdəliyə alyans 101% əməl edib. Hasilatın yanvardan bu tərəfə günlük 2 mln. barel azaltmaq deməkdir. Yeni ilin əvvəlindən 2022-ci ilin aprel ayının sonuna qədər isə hasilatdakı azalma gündəlik 58 milyon barelə bərabər olmalıdır.

Eyni ilə Azərbaycanda OPEC+ alyansının iştirakçısıdır. Ölkəmiz normalda 718 min günlük hasilatı olduğu halda, 131 min barel azaldaraq neftin qiymətinin sabit qalması üçün nəzərdə tutulan bu kampaniyanın iştirakçısına çevrilib. Hasil etdiyimiz hazırkı neftin həcmi günlük 675.2 min barel təşkil edir.

Son xəbərlər
Digər xəbərlər