OPEC+ alyansının hələdə qərara gələ bilməməsinə rəğmən neftin qiymətində treyderlər, bazarla bağlı pozitiv düşünməkdədirlər.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:29 radələrində Brentin nefti 77 dolları ötüb.
Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli sentyabr fyuçerslərində 37 sent, yaxud 0.48% bahalaşmaqla 77.53 dollar, Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin avqust fyuçerslərində 1.57 dollar, yaxud 2.09% bahalaşmaqla 76.73 dollar olub.