7 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti 2016-ci ildən bu tərəfə ən aşağı həddə düşür: 45 $/barel

Dünya birjalarında neftin dəyəri ucuzlaşmaqla 2016-cı ilin noyabr ayından bu tərəfə qeydə alınan ən aşağı həddə düşüb – həmin dövrdə 44.50- 45.30 USD/bbl aralığında dəyişmişdi.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:00-da Nyu-Yorkun NYMEX birjasında keçirilən ticarət sesiyasında Qərbi Texas neftinin dəyəri 41.28 USD/bbl təşkil edib. Bu da günlük, $4.62 və ya 10.07% ucuzlaşma olması deməkdir.

Londonun ICE qitələrarası birjasında Brent neftinin dəyəri 45.27USD/bbl səviyyəsində ticarət olunur ki, bu da $4.72 və ya 9.44% sessiya ərzində düşmə deməkdir.

Xatırladaq ki, OPEC+ ölkələri xam neftin hasilatının 1,5 mln. barel azaldılması bazara təsir edə bilməyib.

*USD/bbl – 1 barel üzrə dəyəri ABŞ dollarında

Son xəbərlər
Digər xəbərlər