9 C
Baku
Friday, December 13, 2024

Neftin qiyməti 58-60 dollar/barelə qədər yüksələ bilər

Bu ilin sonuna qədər dünya bazarında “Brent” markalı neftin qiyməti 58-60 dollar/barelə qədər yüksələ bilər.

Həm texniki, həm də iqtisadi təhlillər onu göstərir ki, neftin bahalaşması ehtimalı yüksəkdir.

İlkin mərhələdə “Brent” neftinin qiyməti 54,7 dollar/barelə çata bilər. Bundan sonra isə qiymətin 58,4 dollar/barelə çatması mümkündür. Məsələ ondadır ki, neftin bahalaşması üçün iqtisadi əsaslar yaranıb. ABŞ, Böyük Britaniya, avrozona ölkələri və Yaponiya kimi əsas iqtisadiyyatlar aşağı səviyyəli inflyasiya problemindən əziyyət çəkir. Buna səbəb 2014-cü ildən başlayaraq neftin ucuzlaşması və ABŞ dollarının həddindən artıq bahalaşmasıdır. Hazırda əks prosesin başladığı, inflyasiyanın bərpa edilməsinə start verildiyi müşahidə olunur. Lakin neftin davamlı olaraq 60 dollar/bareldən baha satılması, USD/EUR nisbətinin 2008-ci ilin iyul ayındakı maksimal tarixi səviyyə olan 1,6039-a çatması gözlənilmir. Bu nisbət 1,26-ya çata bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər