Neftin qiyməti 6 ayın anti-rekordunu yenilədi

Neftin qiyməti noyabr ayındakı OPEC razlaşmasından bu tərəfə ilk dəfə minimuma, yəni, 45 dollardan aşağı düşüb. Belə ki, ümumi olaraq 24 saat ərzində 4 dollara yaxın ucuzlaşma müşahidə edilir.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki (08:56,GMT+4), Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 1,38$, yəni, 3,30% azalaraq 44,15$-da qərarlaşıb.

Eləcə də bax – Ərəblər özlərinin ən nəhəng neft şirkətini satır

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,33$, yəni, 2,75% ucuzlaşaraq 47,04$-a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər