2 C
Baku
Saturday, December 14, 2024

Neftin qiyməti 92 dollara çatır

OPEC+ qərarı ardından təchizatın bərpa olunan iqtisadiyyatlara adekvat “reaksiya” verməməsi və Avrasiyadakı geosiyasi gərginliklərin mövcudluğu nefti bir qədər də bahalaşdıraraq 92 dollar/barrel səviyyəsinə çatdırdı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:30 radələrinə Brent markalı xam neftin aprel fyuçersləri üzrə qiyməti 0.42 dollar, yaxud 0.46% artımla 91.53 dollara yüksəltdi.

WTI neftinin qiyməti isə 0.59 dollar, yaxud 0.65% artımla mart fyuçersləri üzrə 90.86 dollara çatdı ki, bu da 2014-cü ildən bu tərəfə ilk dəfə bu markanın 90 dolları adlaması oldu.

Qərbdəki birjalarda əsas neft ixracatçısı Rusiyanın Ukraynaya “hər an hücum” edə biləcəyi, bununla da enerji daşıyıcılarının da bərpa olunan iqtisadiyyatlar fonunda təchizatının azalacağı ilə bağlı ehtimallar irəli sürülür.

Sonuncu dəfə OPEC+ alyansı da neftə yaranan yüksək tələb fonunda ehtiyatlı davranaraq, plandan kənara çıxmadı və cəmi 400 min barrel günlük ifadədə martdan etibarən hasilatı artırmalı oldu.

Son xəbərlər
Digər xəbərlər