8 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti “III dozanın effektiv olacağı xəbəri” ilə bir qədər də bahalaşır

Bəzi ölkələr Omikron ştamına qarşı sərt tədbirlər görülməsinə rəğmən, neftin qiymətləri qlobal iqtisadiyyata daha az zərər vuracağı inamı ilə bahalaşmağa başladı.

Banker.az xəbər verir ki, Brentin fevral fyuçersləri üzrə ICE birjasında qiyməti 38 sent, yaxud 0.50% artımla 76.20 dollara/barrelə qədər bahalaşdı. WTI markalı xam neftin barreli NYMEX birjasında 52 sent, yaxud 0.72% bahalaşaraq 72.88 dollar/barrel olub.

Birjalar “BioNTech” və “Pfizer” şirkətlərinin üçüncü doza vurulan vaksinin COVID-19-un Omikronuna qarşı daha effektiv ola biləcəyi şərhi ilə canlanmağa başlayıb. Neftin qiyməti ötən həftənin son iş gününə 65 dollar/barrelə qədər kəskin eniş yaşamalı oldu, sonrada təsirlərin az olması ilə bir sıra əsas indekslər “yaşıl zonaya” daxil olub.

 

Son xəbərlər
Digər xəbərlər