OPEC razılaşması baş tutsa da, görünən odur ki, bu, dünya birjalarında müsbət qarşılanmayıb. Neft yenidən iki həftə öncəki qiymətinə dönüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,58$, yəni, 1,19% enərək 48,32$-da (ötən gün 51,76$) qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,50$, yəni, 0,97% ucuzlaşaraq 50,96$-a(ötən gün 54,40$) təklif olunub.
Xatırladaq ki, OPEC və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada işini tamamlayan növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.