25 C
Baku
Saturday, July 27, 2024

Nelson Mandela – CAR-ın ilk qara dərili prezidenti

CAR-ın ilk qaradərili prezidenti, Nobel mükafatının laureatıNelson Mandela dekabrın 5-dən 6-sına keçən gecə xəstəxanada ağ ciyər infeksiyasından əziyyət çəkdiyi üçün vəfat etdi. Onun 95 yaşı var idi.

Nelson Mandela 1918-ci ildə 18 iyulda Cənubi Afrikanın Şərqi-Kaps əyalətində Umtaat yaxınlığında anadan olmuşdu. Mandelanın ulu babası timbu qəbiləsinin başçısı olub, onun babasının adından Mandela soyadı əmələ gəlib. Nelson adını isə o, orijinal Afrika adalarına sahib olan bütün şagirdlər kimi məktəbdə almışdı. 1940-cı ildə Mandelanı o, tələbə etiraz aksiyasında iştirak etdiyi üçün Fort Hare kollejindən xaric etmişdilər. 1943-cü ildə o, Vitvatersranda universitetinə, daha sonra isə London universitetinə qəbul olur, lakin bu ali təhsil müəssisələrində diplom ala bilmir. 1989-cu ildə Mandela həbsdə olarkən Cənubi Afrika Universitetinin qiyabi şöbəsində təhsilini bitirməyə müvəffəq olur. 40-cı illərdə Mandela Afrika milli konqressinin Gənc liqasının lideri və Afrikanın cənubunda hökm sürən irqçiliyə qarşı fəal mübarizə aparırdı. 50-ci illərdə Mandelanı vətən xaini elan etmişdilər, lakin 1961-ci ildə o, bəraət qazanmışdı.

1964-cü ildə Mandelanı CAR-ın təhlükəsizlik əməkdaşları həbs edir və ömürlük həbs cəzasına məhkum etmişdilər. Mandelanın həbsxanada keçirtdiyi vaxt ərzində bütün dünyanı onu dəstəkləyən hərəkat bürüyür. CAR-ın prezidenti Piter Bota Mandelaya vaxtından əvvəl həbsxanadan azad olmağı təklif edir, lakin Mandela bu təklifi rədd edir və yalnız 1990-cı ildə azadlığa qovuşur. Həmin dövrdə irqçilik sistemi böhran yaşayırdı. 1993-cü ildə Nelson Mandela irqçiliyə qarşı döyüşçü kimi dünyanın Nobel mükafatına layiq görülmüşdü. 1994-cü ildə o CAR-ın ilk qaradərili prezidenti olur.

nelsonmandela

Mandelanın vəfatı haqqında məlumatı CAR-ın indiki prezidenti Ceykob Zumu elan etmişdi.

Mandela dəfələrlə ictimaiyyət qarşısında çıxış edib, bir neçə kitab yazıb, həmçinin öz avtobioqrafiyasını da qələmə alır. Biz Mandelanın sizi gündəlik həyatınızda ruhlandıra və işinizdə kömək edə biləcək 10 ifadəsini seçmişik:

1. Lider çoban kimidir. O, sürünün arxasında dayanır və sürüdə ən çevik olanı qabağa buraxır, ondan sonra isə digərlər onun arxası ilə gedirlər, lakin onlar arxada getdiklərini başa düşmürlər.

2. Bir çox iş onları etməyənə qədər bizə mümkünsüz görünür.

3. Çətinliklər və səfalətlər bəzi insanları məhv edir, lakin digərlərini yaradır.

4. Əgər siz öz düşməniniz ilə barışmaq istəyirsinizsə, siz öz düşməninizlə işləməlisiniz. O zaman o, sizin tərəfdaşınız olur.

5. Bu həyatda ən böyük zəfər heç vaxt yıxılmamaq deyil, hər yıxıldıqdan sonra qalxmaqdır.

6. Siz qələbəni qeyd etdiyiniz zaman ən yaxşısı hər kəsi qabağa buraxaraq arxada getməkdir. Təhlükə zamanı cəbhə xəttinə çıxın, o zaman insanlar sizin liderliyinizi qiymətləndirəcəklər.
7. Təhsil şəxsiyyətin inkişafının ən böyük vasitəsidir. Məhz təhsil sayəsində, kəndlinin qızı həkim, mədənçinin oğlu mədənin direktoru, fəhlənin övladı böyük millətin prezidenti ola bilər.

8. Siz öz vaxtınızdan müdrik şəkildə istifadə etməlisiniz və yadda saxlamalısınız ki, düzgün işə istənilən vaxt başlamaq olar.

9. İnkişaf etmək üçün biz həm müsbət, həm də mənfi təcrübələrə sahib olmalıyıq.

Son xəbərlər
Digər xəbərlər