26 C
Baku
Saturday, July 27, 2024

Neobank nədir?

Neobank – yalnız rəqəmsal formatda xidmət göstərən fintex şirkətdir. Buna rəqəmsal və ya virtual bank da deyirlər.

Sadə dildə desək, bu, tamamilə onlayn mövcud olan bir bankdır, veb-sayt və mobil proqram isə onun yeganə “filialları”dır. Bir qayda olaraq, neobankın fiziki ofisi olmur. İstehlakçılarla qarşılıqlı əlaqə isə demək olar ki, bütünlüklə uzaqdan həyata keçirilir.

Qabaqcıl texnologiyalar və infrastruktur xərclərinin minimuma endirilməsi sayəsində neobanklar aşağı və ya sıfır komissiya, yüksək faiz dərəcələri və çevik dəstək kimi üstünlüklərə malikdirlər.

Təcrübə 

Neobanklar ya özləri bank lisenziyası alırlar, ya da mövcud banklardan birinin əsasında fəaliyyət göstərirlər. Faktiki olaraq lisenziyanı vermiş maliyyə qurumundan topdansatış xidmətləri alıb pərakəndə şəkildə müştərilərinə satırlar.

Fakt

Əksər neobanklar pərakəndə satış seqmentinə üstünlük verirlər.

Nüanslar

Çoxları neobankinqin maliyyə xidmətlərində inqilab edəcəyini gözləyirdi. Lakin heç bir irəliləyiş olmadı: iri banklar öz mövqelərini saxladılar və hətta gücləndilər, neobanklar isə gəlirli olmaq üçün daim yeni biznes modelləri icad etməli oldular.

Bununla belə, neobanklar sənayeni dəyişdirdilər – onların sayəsində mobil bankçılıq inkişaf etməyə başladı, rəqəmsal bank xidmətlərinin çeşidi isə daha da genişləndi.

Son xəbərlər
Digər xəbərlər