7 C
Baku
Sunday, December 15, 2024

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərib

®NEQSOL Holding-in qərarı ilə tərkibindəki şirkətlər Türkiyədə güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və Türkiyə xalqına dəstək məqsədilə ümumilikdə 14 milyon TL məbləğində humanitar yardım edib.

Holdinqin tərkibinə daxil olan Bakcell şirkəti zəlzələ baş vermiş ərazilərdə dayanıqlı rabitənin təmin edilməsi üçün Türkiyəyə 6 milyon TL-yə yaxın dəyərdə xüsusi telekommunikasiya avadanlıqları göndərib.

Holdinqin Azerconnect, Norm və Nobel Energy şirkətləri isə ümumilikdə 8 milyon TL məbləğində yardım göstərib. Vəsaitin böyük hissəsi Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) köçürülüb. Yardımın digər hissəsi isə insanların təcili ehtiyaclarının qarşılanması üçün birbaşa Türkiyənin fəlakət bölgəsinə yönəldilib.

Bunlara əlavə olaraq, Bakcell şirkəti Türkiyədə olan 7000-dən çox abunəçisinin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək üçün onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yükləyib.

Zəlzələ nəticələrinin aradan qaldırılması istiqamətində NEQSOL Holding hazırda Türkiyədəki tərəfdaşları ilə müvafiq işlər aparır və humanitar yardımını davam etdirməyi nəzərdə tutur.

NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.

Son xəbərlər
Digər xəbərlər