13 C
Baku
Tuesday, May 7, 2024

NEQSOL Holdinq-də İnvestisiyalar üzrə rəhbər vəzifəsinə təyinat olub

NEQSOL Holdinq-də  İnvestisiyalar üzrə rəhbər vəzifəsinə Məmməd Babayev təyin edilib.

Banker.az-ın məlumatına görə, Məmməd Babayev 2018-ci ildə NEQSOL komandasına Hesabat və Büdcə Meneceri kimi qoşulub. NEQSOL Holdinqin  maliyyə istiqamətində üç il işlədikdən sonra o, 2021-ci ildə NEQSOL Holdinq-də İnvestisiyalar üzrə Rəhbər müavini vəzifəsinə təyinat alıb və bir sıra mühüm layihələrin uğurla həyata keçirilməsində biləvasitə iştirak etmişdir.

Məmməd Babayev həmçinin ARDNŞ-nin Sərmayələr İdarəsində Beynəlxalq layihələrin kommersiya fəaliyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsindədə çalışmışdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər