28 C
Baku
Saturday, July 27, 2024

“Neqsol Holding”in Ukrayna ofisinə rəhbərlik bu şəxsə həvalə edilir

Azərbaycanda fəaliyyət göstərən “NEQSOL Holding” şirkətlər qrupunun Ukrayna ofisinə yeni ölkə meneceri təyin edilib.

Banker.az xəbər verir ki, ölkə meneceri “NEQSOL Holding”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur.

Volodimir Lavrençuk 2020-ci ildə “Vodafone Ukraine”nin heyətinə qatılıb.

“NEQSOL Holding” şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərir.

“NEQSOL Holding” tərkibinə Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” və Nobel Upstream şirkətləri, həmçinin Azərbaycanda “Bakcell”, “Norm” ASC, “AzərTelekom” və Ukraynada qeydiyyatdan keçmiş  “Vodafone Ukraine” kimi şirkətlərə aiddir.

Son xəbərlər
Digər xəbərlər