9 C
Baku
Thursday, December 12, 2024

Nestlé ABŞ-dakı qənnadı biznesini $3 milyarda sata bilər

Banker.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, dünyanın nəhəng qida məhsulları istehsalçılarından biri olan Nestlé özünün ABŞ-dakı biznesinin satılması imkanını nəzərdən keçirir.

Satışın səbəbləri qeyd edilmir. Nestlé şirkətinin verdiyi məlumata əsasən, şirkət ABŞ-da investisiyaya və biznesin inkişafına davam edəcək.

2016-cı ilin nəticələrinə əsasən, şirkətin Amerika bölməsinin qənnadı məhsullarının istehsalından əldə etdiyi gəlir 922 milyon dollar təşkil edib. Bu Nestlé şirkətinin ölkədə həyata keçirdiyi ümumi satışın təqribən 3%-ni təşkil edir.

Sözügedən bu bölməyə Butterfinger, BabyRuth, 100Grand, SkinnyCow, Raisinets, Chunky, OhHenry! və SnoCaps brendləri, həmçinin 10-a yaxın yerli brend daxildir.

Son xəbərlər
Digər xəbərlər