“Nestle” və “Mars” uşaq əməyindən istifadə etdikləri üçün məhkəməyə verilib

ABŞ-ın hüquq müdafiəsi təşkilatı – “International Rights Advocates” (IRA) 8 Mali vətəndaşının adından insan alveri və uşaq əməyinin istismarı ittihamları ilə bağlı bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Bunların arasında “Nestle” və “Mars” şirkətləri də var.

IRA-nın bəyanatında deyilir ki, Mali vətəndaşları uşaq ikən qanunsuz olaraq Kot d İvuara gətirilib və həmin şirkətlər üçün kakao yığmağa məcbur edilib.

Təşkilatın rəhbəri Terri Kollinsvort bildirib ki, təqsirləndirilən şirkətlər bundan əvvəl də uşaq əməyindən istifadə etməkdə günahlandırılıblar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər