İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydeni yəhudi dövlətinə səfər etməyə dəvət edib.
Bu barədə “The Times of Israel” Netanyahunun köməkçisinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti razılaşarsa, o zaman İsrailə münaqişənin alovlanmasından sonra səfər etmiş ilk xarici dövlət başçısı olacaq.