5 C
Baku
Monday, February 6, 2023

“Netflix” 150 nəfəri işdən çıxarıb

“Netflix” yayım xidməti gəlir artımının ləngiməsi və abunəçilərin sayının azalması ilə bağlı problemlərə görə daha 150 nəfəri işdən çıxarır. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndələri məlumat yayıb. Xatırladaq ki, bundan əvvəl “Netflix” 25-ə yaxın işçini ixtisar edib.

Şirkət işdən çıxarılan işçilərin əksəriyyətinin ABŞ-da işlədiyini izah edib. Onların işdən çıxarılması şəxsi göstəricilərlə deyil, ilk növbədə biznesin ehtiyacları ilə bağlıdır. Vurğulanır ki, ixtisarların üçüncü mərhələsi şirkət işçilərinin təxminən 2%-ni təşkil edəcək.

2022-ci ilin yanvarında “Netflix” istifadəçi artımının yavaşlamasını proqnozlaşdırıb, bundan əvvəl şirkət bazar dəyərinin 200 milyard dollar azaldığını açıqlayıb. Bu, Rusiya-Ukrayna müharibəsi səbəbindən baş verib. Qeyd edək ki, mart ayının əvvəlində “Netflix” Rusiyada fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər
X