3 C
Baku
Saturday, December 14, 2024

“Netflix” “Squid Game”in ikinci mövsümünü elan edib

Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümünün ssenarisi üzərində işlər gedir. Bu barədə rejissor Hvanq Donq-hyukun bazar günü Amerikanın “Netflix” yayım xidmətinin saytında dərc olunmuş məktubunda qeyd edib.

Onun sözlərinə görə, ekranlara birinci mövsümün baş qəhrəmanı və antaqonisti qayıdacaq. Tamaşaçılar bir sıra yeni personajlarla tanış olacaqlar.

Buraxılış tarixi açıqlanmayıb.

“Squid Game” “Netflix”in ən uğurlu şousudur. 17 sentyabr 2021-ci il tarixində yayımlandıqdan sonra ilk dörd həftə ərzində tamaşaçılar bu seriala 1.65 milyard saatdan çox vaxt ayırıblar.

Son xəbərlər
Digər xəbərlər