9 C
Baku
Friday, December 13, 2024

“Netflix” yeni abunəçiləri cəlb etmək üçün bəzi filmlərə girişi pulsuz edəcək

“Netflix” yeni abunəçiləri cəlb etmək üçün serialların ilk hissələrinə, habelə bəzi filmlərə girişi pulsuz edəcək.

Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat verib.

Bildirildiyi kimi, bütün ölkələrdəki istifadəçilər “Stranger Things”, “Elite”, “The Boss Baby Sucker: Back in Business”, “Grace and Frankie”, “Our Planet”, “Love Is Blind” seriallarının birinci hissəsinə, o cümlədən “Murder Mystery”, “The Two Popes” və “Bird Box” filmlərinə baxa biləcəklər.

“Netflix”in texniki dəstək əməkdaşları qeyd edirlər ki, baxmaq istədiyiniz filmi və ya seriyanı açmaq üçün qeydiyyatdan keçmək tələb olunmur, saytı masaüstü və ya mobil brauzerdə açmağınız kifayət edir.

Xatırladaq ki, xidmət ilk dəfə deyil ki, bu marketinq alətindən istifadə edir: 2019-ci ilin noyabrında İngiltərədə “Crown” serialının üçüncü mövsümünün birinci seriyasını pulsuz izləmək mümkün idi. Lakin şirkət ilk dəfədir ki, pulsuz girişi bu qədər geniş auditoriyaya təklif edir.

Son xəbərlər
Digər xəbərlər