11 C
Baku
Sunday, May 19, 2024

“Netflix” yeni funksiyanı işə salıb

“Netflix” eyniadlı xidmətdə profili bütün tövsiyələr və digər parametrlərlə birgə başqa hesaba ötürmək funksiyasını işə salıb.  Bu, müxtəlif vəziyyətlərdə, məsələn, uşaqlar ayrı evə köçəndə faydalı ola bilər.

Qeyd edək ki, istifadə zamanı “Netflix” istifadəçinin zövqünə uyğunlaşır. Və profilinizi başqa hesaba köçürsəniz, şəxsi tövsiyələri, baxış tarixçənizi və digər parametrləri saxlaya bilərsiniz.

Yeni funksiya bütün dünya ölkələrində aktivdir. Ondan istifadə etmək üçün cari profilinizə daxil olduqdan sonra “Profili köçürmək” bölməsinə keçmək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər