27 C
Baku
Wednesday, April 24, 2024

“Neuralink” video oyun oynayan meymunun videosunu yayımladı

“SpaceX” və “Tesla”nın qurucusu İlon Maska məxsus “Neuralink” şirkəti kompüter oyununu oynayan meymunun videosunu yayımlayıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Kadrlarda heyvanın oyunu oynamaq üçün coystiklərdən istifadə etdiyi görünür. Daha sonra meymun “MindPong” oyununda (stolüstü tennis simulyatoru) bacarıqlarını nümayiş etdirir.

Xatırladaq ki, fevral ayında şirkət uğurla meymunun beyninə neyroimplant yerləşdirmişdir. Mask çipin heyvanın dərisinin altına yerləşdirildiyini və ona heç bir zərər vermədiyini bildirmişdir. Sahibkarın sözlərinə görə, cihaz orqanizmin qabiliyyətlərini stimullaşdırmağa yönəlib. Beyninə çip yerləşdirilən bu meymun video oyun oynamağı öyrənib.

2020-ci ilin avqust ayında Mask donuzun beyninə çip implantasiya emtək üçün təcrübə keçirib. Quraşdırılmış neyroimplantlar alimlərə heyvanın beyin fəaliyyətini izləməyə imkan verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər