7 C
Baku
Thursday, December 12, 2024

“Neuralink”in prezidenti şirkəti tərk etdiyini açıqlayıb

İlon Mask ilə birlikdə yaradılan startap iflic, demensiya və digər xəstəlikləri müalicə edəcək neyrointerfeys üzərində işləyir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Neuralink”in prezidenti Maks Hodak bir neçə həftə əvvəl “Twitter” hesabında şirkətdən ayrıldığını bildirsə də, bunun səbəblərini açıqlamayıb.

Xatırladaq ki, Maks Hodak “Neuralink” şirkətini İlon Maskla birlikdə 2016-cı ildə qurub. Bu günə qədər İlon Mask startapa 158 milyon dollar sərmayə qoyub.

Aprel ayında “Neuralink” beyninə çip yerləşdirdiyi meymunun “fikirlərinin gücü ilə” video-oyun oynadığını nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər