16 C
Baku
Thursday, May 2, 2024

New York-Kürdəmir aviareysi

Müəllif: Müşfiq Şiraliyev

Brendləşmiş şəhər dedikdə ağlımıza gələn ilk nümunə şübhəsiz New Yorkdur. 1977-ci ildə bu şəhərdəki cinayət  halları digər şəhərlərlə müqayisədə astronomik səviyyədə idi. Hətta, vəziyyət o qədər acınacaqlı idi ki, bəzi şirkətlər mərkəz ofislərini başqa ştatlara köçürməyi planlaşdırırdılar. 1997-ci ildən başlayaraq aparılan “I love New York “ kampanyası şəhəri dünya ticarətinin və turizminin mərkəzi etdi. Hər il 35 milyondan çox turist.. Şəhərin brendləşməsi-əgər,şəhər turistləri cəzb edə bilirsə və ya o şəhərin adını çəkdikdə ağla hər hansı bir şey gəldikdə markalaşmadan söz etmək olar. Məqalə başlığım kinayəli deyil  və dünyanın ən məşhur şəhərindən Azərbaycanın olduqca neqativ şöhrət qazanmış şəhərinə səyahət turlarının təşkil olunması sizə gülünc gələ bilər. Amma, inanın ki şəhərlərin brendləşməsiylə bu reallıqdan uzaq deyil.

İlk öncə bir ölkə və ya bölgə bir bütün olaraq yox, hər bir yaşayış məskəninin sahib olduğu turizm xüsusiyyətləri ortaya çıxardılaraq hədəf kütləyə təqdim edilməlidir . Promosyon və imic üçün istifadə olunan vasitələr ( folklor, tarixi abidələr, mənzərə, sahil və s.) təqlid olunmamalıdır. Şəhərin marketinqi ilə hər bölgənin özünəməxsus potensialı ortaya çıxardıla bilər. Hər hansı bir şəhərin performansına təsir edən daxili faktorlar ; coğrafi mövqeyi, təhsil səviyyəsi tarixi keçmişi, təbiətlə iç-içə olması, sənaye infrastrukturası, qonşu şəhərlər (rayonlar), bölgənin inkişaf səviyyəsi və s. təsir edir. Düşünün ki, Barselona və ya Rionun xırda sahibkarları otel sahiblərindən narazıdır. Bəzi otellərin əyləncə imkanları o qədər yüksəkdir ki, turistləri hava limanlarından alıb bir başa otelə aparırlar. Turist  bütün əyləncə imkanları otel daxilində olduğundan şəhərin imkanlarını görməyə fürsətləri olmur. Nəticədə, turistlərin diqqətini çəkmək üçün şəhər idarəetməsi xüsusi festival və ya mərasimlər təşkil edir. Bizdə isə vəziyyət tam fərqlidir. Şəhərlərdə bir məhsul kimi satıla bilər. Marketinqi üçün isə təqdim olunacaq vasitələr isə təbii gözəllikləri tarixi məkanları, hər il keçiləcək olan mədəniyyət festivalları, idman yarışları, muzeyləri, alış-veriş mərkəzləri, sənaye məhsulları və s. ola bilər. Lağlağı obeyktinə çevrilən Kürdəmirin bir vaxtlar (hətta, SSRİ-nin köhnə filmlərindən birində reklamını görmüşəm) şərabı istehsal olunurdu. Şəhərlərimiz yeni kateqoriya, yeni ehtiyaclar yaratmaq üçün əla fürsətləri var. Qış turizmi dedikdə şüuraltımızda Qəbələnin formalaşması əlimizdədir. Amma, təəssüf ki , aşağı xidmət səviyyəsi ilə nəinki xarici, hətta daxili turistlər belə xaricə üz tutur. Markalaşmada məqsəd  bilinmək, tanınmaq, qəbul olunmaqdır. Amma, şəhərin brendləşməsində bəzi çətinliklərdə vardır. Şəhərin marketinqi ilə məşğul olacaq bir qurumun olmaması, şəhərin marketinqinin uzun və dinamik bir proses olması, xərclərin kim tərəfindən və necə qarşılanacağındakı çətinliklər və s. aid etmək olar.

Bir şəhərin imici onu digərindən ayırır. Bəzi şəhərlər mövqeləri və ya tarixi-mədəni dəyərləri ilə qədimdən marka xüsusiyyətlərinə sahibdirlər. Bəziləri isə təbii gözəllikləri üzərində brendləşməsini inşa etmişdir.

Tokio texnologiyası, Paris dəbi, İstanbul tarixi ilə bilinən şəhərlərdir. Mühafizəkar bölgədə yerləşməsinə baxmayaraq, Las Vegas gecə klubları, qumarxanaları ilə birlikdə əyləncə şəhəri imicini yaratmışdır. Artıq ölkələr gücü orduları ilə yox, brendlər ilə müəyyən olunmaqdadır. Son olaraq  fikrimi Sait Aytemurun ifadəsi ilə tamamlamaq istərdim:”Bir ölkə sahib olduğu brendlər qədər varlıdır.”

Son xəbərlər
 ⁠
Digər xəbərlər