26 C
Baku
Saturday, July 27, 2024

NFT bazarında satışlar son bir ayda 90% azalıb – Tədqiqat

“Protos” xəbər saytının müəllifləri araşdırma aparıblar və NFT bazarında satışların son bir ayda təxminən 90% azaldığını müəyyən ediblər. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, dörd aydır böyüyən “NFT köpüyü” partlayıb.

NFT satışlarının pik nöqtəsi 3 may tarixinə təsadüf edib – gündəlik əməliyyatların ümumi məbləği 102 milyon, həftəlik əməliyyatların ümumi məbləği isə 170 milyon dollar təşkil edib. Eyni zamanda kripto-kolleksiya toplama bazarının payı 100 milyon dollar dəyərində qiymətləndirilib.

Lakin “Protos”a görə, mayın 26-dan iyunun 2-dək NFT bazarında satışlar cəmi 19.4 milyon dollar təşkil edib ki, bu da pik səviyyə ilə müqayisədə 90% azdır. NFT cüzdanların sayı da azalıb – 12 mindən 3.9 minə qədər düşüb.

Ümumilikdə, kriptosənət məkanında son bir həftədə bağlanan müqavilələrin dəyəri 3 milyon dollar təşkil edib. Bu rəqəmlər həm ilkin, həm də təkrar bazarlarda satışları nəzərdə tutur.

Hər bir NFT tək nüsxədə təqdim olunur, onu bir neçə hissəyə bölmək və ya saxtalaşdırmaq mümkün deyil. Bu cür tokenlər obyektin sahibliyini təsdiqləmək üçün istifadə olunur

NFT bumu 2021-ci ilin əvvəllərində ən böyük hərrac evlərindən biri olan “Christie’s”in ilk dəfə rəqəmsal sənət əsərini hərraca qoyduqdan sonra başlayıb. Fevral ayında rəssam Kris Torres “Nyan Cat” animasiyasını təxminən 600 min dollara satıb, mart ayında isə “Twitter”in qurucusu Cek Dorsi ilk “tvit”inin NFT tokenini 2.9 milyon dollara alıb. Eyni ayda Benksi 95 min dollara alınıb, sonra isə canlı efirdə yandırılıb.

Son xəbərlər
Digər xəbərlər