26 C
Baku
Friday, April 19, 2024

Niderland 600 milyon avroya qədər Rusiya aktivini dondurub

Niderland 600 milyon avroya qədər Rusiya aktivini dondurub.

Bu barədə Rusiyaya qarşı sanksiyalara əməl edilməsi və onların icrasına nəzarət üzrə niderlandlı koordinator Stef Blok bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda aktivləri və əmlakı dondurulmalı olan Rusiyanın digər hüquqi və fiziki şəxslərinin olub-olmamasını araşdırır.

Daha əvvəl Avropa İttifaqının şəxsi sanksiyalar çərçivəsində Rusiya və Belarus vətəndaşlarının və təşkilatlarının 30 milyard avroya yaxın aktivini dondurduğu bildirilmişdi. Belə ki, qayıqlar, helikopterlər, daşınmaz əmlak və sənət əsərləri dondurulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər