5 C
Baku
Saturday, December 14, 2024

Niderland tam lokdaundan çıxır

Niderland hökuməti koronavirusun yayılması ilə mübarizə üçün dekabrın ortalarında tətbiq edilən sərt məhdudlaşdırıcı tədbirləri yumşaldır.

Bu barədə ölkənin baş naziri Mark Rutte bəyan edib.

Onun sözlərinə görə, hazırda bütün fəaliyyət sahələrini açmaq mümkün deyil, lakin zəruri mallar satılan mağazalar öz işlərinə davam edə biləcəklər, idman zalları, gözəllik salonları və bərbərlər axşam saat beşə qədər müştəriləri qəbul edə bilərlər.

“Hər şeyi birdən açsaq, yoluxmaların sayı xeyli artacaq. İlk növbədə bu tədbirlərin təsirini yoxlamaq və başqa ölkələrdə baş verənlər haqqında məlumat toplamaq istəyirik”, – deyə hökumət başçısı bildirib.

Restoranlar və mədəniyyət müəssisələri hələlik bağlı qalacaq. Orta və ali təhsil müəssisələrində dərslər bərpa olunur. Yeni qərarlar yanvarın 25-də elan edilə bilər.

Qeyd edək ki, Niderlandda artıq neçə həftələrdir ki, tam lokdaun qüvvədə idi.

 

 

Son xəbərlər
Digər xəbərlər