15 C
Baku
Friday, March 29, 2024

Nike Amazonda öz mallarının satışından imtina etməyə hazırlaşır

İdman mallarının istehsalçısı Nike öz məhsullarını Amazon onlayn mağazasında satışından imtina etməyə hazırlaşır.

Blommberg nəşri yazır ki, brendin nümayəndələri deyib ki, belə qərarın əsas səbəbi müştəri təcrübəsini yaxşılaşdırmaq və düz satışları yüksəltmək cəhdindən irəli gəlir.

Nəşr dəqiqləşdirir ki, Nike düz satışları isə şəxsi tətbiqi və saytı üzərindən etməyə fokuslanacaq. Buna baxmayaraq şirkət hələlik Amazon ilə əməkdaşlığı dayandırır. Onların əməkdaşlığı isə 2017-ci ildən başlamışdı.

Blommberg markanın bəyanatından sitat gətirərək yazır ki, şirkət bütün dünyada olan müştərilərinə daha yaxşı xidmət göstərmək üçün digər riteyler və platformalar ilə əməkdaşlığını davam etdirəcək və daha da möhkəmləndirəcək. Hazırda idman malları istehsalçısı 40-a yaxın platforma ilə partnyorluq edir.

Öz növbəsində, Retail Dive nəşri isə yazır ki, Wells Fargo analitikləri isə hesab edir ki, Nike-ın belə qərara gəlməsi təkcə düz satışları artırmaq istəyi ilə bağlı deyil. Şirkət, həmçinin öz saytı və platforması üzərindən də satışları yaxşılaşdırmaq istəyir.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər