2 C
Baku
Saturday, December 14, 2024

“Nike” koronavirusa görə mağazalarını bağlayıb

Bu gündən etibarən dünyanın ən böyük idman geyimi və ayaqqabısı istehsalçılarından biri olan ABŞ-ın “Nike” şirkəti koronavirusun yayılması səbəbindən ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və Yeni Zelandiyadakı bütün mağazalarını bağlayıb.

“Nike” mağazalarının işçiləri martın 27-dək məcburi məzuniyyətə çıxacaqlar. Lakin işçilər maaş almağa davam edəcəklər.

Bununla birlikdə Cənubi Koreya, Yaponiya, Çinin əksər hissəsi və bir sıra digər ölkələrdə şirkətin mağazaları fəaliyyətini davam etdirəcək.

Ticarət mərkəzlərini bağlamaq və ya açmaqla bağlı qərarın verilməsinə gəldikdə, “Nike” rəhbərliyi dünyada epidemioloji vəziyyətin inkişafına dair məlumatlara əsaslanacaq.

Qeyd edək ki, 2019-cu ilin sonuna “Nike”ın ABŞ-da 384 mağazası, ölkə xaricində isə 750-dən çox satış mərkəzi mövcud idi.

©APA

Son xəbərlər
Digər xəbərlər