1 C
Baku
Saturday, December 14, 2024

“NİKOİL Bank”ın aktivləri 26 mln. manatdan çox artıb

“NİKOİL Bank”ın cəmi aktivləri ötən 3-cü rübü ilə müayisədə ilin sonunda 26,646 mln manat artaraq 437,33 mln. manata təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə adıçəkilən bankın 2017-ci ilin son rübünə olan hesabatında qeyd edilib.

Məlumata görə, “NİKOİL Bank” kredit portfeli də ötən ilin əvvəli ilə müayisədə hesabat 2017-ci ilin 4-cü rübündə 49,23 mln. manat azalaraq 291 mln. manata düşüb.

 

Bankın öhdəliyindəki rəqəmlər  369,48 milyon manata enib ki, bununda 229,23 milyonu depozitlər, 40,3 milyonu Mərkəzi Bank qarşısındakı öhdəliyidir. Qeyd edək ki, ilin əvvəlində cəmi öhdəlikləri 399,17 mln. manat idi.

“NİKOİL Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müayisədə 82% artaraq 74,97 mln. manat təşkil edib.

Bankın faiz gəlirləri ötən il ərzində 66,68 mln. manat olsa da ili mənfəətlə başa vura bilməyib. Belə ki, ötən ilin 12 ayının sonunda bank 2,7 manat zərərlə bitirib.

Son xəbərlər
Digər xəbərlər