25 C
Baku
Monday, April 29, 2024

Nikol Tesla proqnozlarında XXI əsr necə idi?

XXI əsr daim bizim əcdadlarımız üçün sirli və qeyri-adi təsir bağışlayıb. Keçmiş əsrlərdə XX əsrin başlanğıcının necə olacağı ilə bağlı bir sıra təxminlər və proqnozlar mövcud idi.

Bəs bu proqnozlardan hansılar reallığa çevrildi, hansılar isə xülya olaraq qaldı?

9 fevral 1935-ci ildə Amerikanın Liberti jurnalında o dövrün ən məşhur alimi hesab edilən Nikol Teslanın müsahibəsi nəşr edilir. Həmin vaxt Manhetten otellərindən birində yaşayan Xorvatiya əsilli 79 yaşlı alim bəşəriyyətin gələcəyi barədə öz fikirlərini dilə gətirmişdir. Teslanın proqnozlarına əsasən, 21-ci əsrdə gigiyena və fiziki sağlamlığa böyük diqqət ayrılmağa başlanılacaq.

Gələcəkdə insanlar çirklənmiş sulara böyük diqqətlə yanaşmağa başlayacaq və suyun keyfiyyəti dəqiq olaraq yoxlanılacaq. Yalnız axmaqlar sterilizə olunmamış sudan istifadə edəcək. Gələcəyin priorotet məsələsi müharibələr deyil, elmi kəşflər olacaq. 21-ci əsrdə sivilizasiyalı ölkələr maksimum xərclərini təhsilə, minimum xərcləri isə silahlara ayıracaq. Qəzetlərin yalnız son səhifələrində kiçik bir hissədə müharibə və siyasi debatlar haqqında xəbərlər yer alacaq və əsas səhifələrdə elmi yeniliklərə yer veriləcək.

Qəhvə və çay artıq bir o qədər də dəbdə olmasa da, spirtli içkilərə tələbat çox olacaq. Lakin bununla yanaşı, spirtli içkilərin istifadəsinə heç bir qadağa qoyulmasa da, insanlar zamanla könüllü şəkildə onlardan imtina edəcək. Bu dövrdə əsas qida məhsulları bal, süd və taxıl olacaq və Çin, Hindistan kimi çox əhalili ölkələr də daxil olmaqla qida bütün dünya əhalisinə bəs edəcək.

İnsanlar tərəfindən görülən monoton işi robotlar öz üzərinə götürəcək. Bu robotlar keçmiş dövrdə qulların icra etdikləri işləri görəcəklər. Bəşəriyyət isə “ali işlərin icrası üçün sərbəst zaman qazanacaq”.

21-ci əsrdə təbii resurslar üzrə elmi idarəçilik quraqlıq, yanğın və daşqın kimi fəlakətləri aradan qaldıracaq. Su vasitəsilə ucuz elektrik əldə ediləcək və yanacaqdan istifadə mütləqliyi azalacaq. Artıq insanlar sağ qalmaqları uğrunda mübarizə aparmalı olmayacaq və dünya material deyil, ideya istiqamətində inkişaf edəcək.

Nikol Tesla bax belə bir gələcək arzu edirdi. Onun təxminlərindən nələrin həyat keçib, nələrinsə xəyal olaraq qaldığını yəqin ki, hər birimiz anlamış olduq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər