6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə turizmdən ciddi valyuta gəliri əldə edə bilər

Turizm mövsümü uğurlu keçəcəyi təqdirdə Türkiyə may ayından etibarən ciddi valyuta gəliri əldə edəcək.

Bu barədə İstanbul Ticarət Palatasının sədri Şekib Avdagiç bildirib.

Türkiyədə turizm sahəsi üzrə yeni konsepsiya və strategiya müəyyənləşdirmək vaxtının çatdığınıi vurğulayan sədr bunun orta-uzunmüddətli dövr üçün hərtərəfli nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, ölkə üzrə turizm obyektləri ümumilikdə iki milyon insanı əhatə edir. Sahə üzrə qiymətlərin yüksək olduğuna diqqət çəkən sədr, bu məsələnin bir daha nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Avdagiç artan tələbat nəticəsində İstanbulda otellərdə həm doluluq nisbətlərinin, həm də qiymətlərin məqbul səviyyəyə çata biləcəyini ifadə edib. O, bəzi ölkə vətəndaşları üçün tətbiq edilən viza ödənişlərinə də yenidən baxılmasının turizm sektoruna töhfə verəcəyini deyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər