14 C
Baku
Thursday, May 16, 2024

Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır

Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır.

Bu barədə məlumatı bu ölkənin energetika naziri Taalaybek İbrayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan bir çox ölkələrə təbii qaz və elektrik enerjisi ixracı ilə tanınır.

“Yaxın gələcəkdə Azərbaycan Qazaxıstan və Özbəkistana da elektrik enerjisi ixrac etməyi planlaşdırır. Biz elektrik enerjisinin Qırğızıstana ixrac edilməsini də müzakirə etdik. Texniki imkanlar elektrik enerjisinin bizə tranzit olaraq ötürülməsinə imkan verir”, – deyə nazir bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər