Nissan ABŞ-də 168 mindən çox avtomobili geri çağırır

Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor ABŞ-də sertifikatlaşdırma etiketində maksimum icazə verilən yükün yanlış göstərilməsi səbəbindən 168 149 avtomobili geri çağıracaq. Bu barədə Reuters ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər verir.

Geri çağırılma bəzi Nissan Armada, Infiniti QX56 və Infiniti QX80 modellərinə şamil ediləcək. Qurumun məlumatına görə, maksimum icazə verilən yükün yanlış göstərilməsi avtomobilin təsadüfən həddindən artıq yüklənməsinə və nasazlığa səbəb ola bilər.

Reuters yazır ki, dilerlər etiketləri ödənişsiz dəyişdirəcəklər. Nissan həmçinin avtomobil sahiblərinə yeni etiketləri poçt vasitəsilə göndərəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər