-1 C
Baku
Sunday, December 15, 2024

“Nissan” avtomobil istehsalçısı “Renault” alyansından çıxmağa hazırlaşır

“Nissan” şirkətinin top-menecerləri “Renault” ilə avtomobil alyansından çıxmağa hazırlaşırlar. Bu haqda şirkətin rəhbərliyindəki mənbələrə istinadən “Financial Times” məlumat verib.

Banker.az qəzetin verdiyi məlumata əsasən xəbər verir ki,  bu planlar özündə mühəndislik və istehsalat sahələrinin bir-birindən ayılmasını və “Nissan” idarə heyətinin tərkibindəki dəyişiklikləri ehtiva edir. Hər iki şirkətin keçmiş sədri olan Karlos Gonun Yaponiyadan qaçmasından sonra proses daha da sürətlənib.

Mütəxəssislərin fikrincə, “Renault” ilə tərəfdaşlıq “Nissan” üçün toksik olub və şirkətin inkişafını sürükləndirir.

Tərəfdaşların bir-birindən ayrılması, onları satışların aşağı düşməsi və xərclərin artması ilə mübarizə aparmaq məqsədilə yeni əməkdaşlar axtarmağa məcbur edəcək. Mümkün ayrılığın müzakirəsi “Fiat Chrysler” və “PSA” nın birləşməsi, habelə “Volkswagen” və “Ford” alyansının yaranması fonunda gedir.

Xatırladaq ki, “Nissan-Renault” alyansı 1999-cu ildə yaradılmışdır, 2016-cı ildə onlara “Mitsubishi Motors” şirkəti qoşulub.

Son xəbərlər
Digər xəbərlər