14 C
Baku
Monday, May 6, 2024

“Nissan” elektromobillərə keçidi sürətləndirir

“Nissan Motor” şirkəti strateji inkişaf planını yeniləyərək, Avropada elektromobil istehsalına keçidi sürətləndirir. Əgər əvvəllər şirkət 2026-cı maliyyə ilinin sonuna qədər (2027-ci ilin martında başa çatır) Avropada elektrikləşdirilmiş avtomobillərin payını təxminən 75% təşkil etməli olduğunu bildirmişdirsə, indi istehsalçı bu rəqəmi 98%-ə çatdırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bundan əlavə, “Nissan” daha çox elektrik avtomobil modeli buraxmağı planlaşdırır. İlkin planlar 2030-cu ilə qədər 23 elektrikləşdirilmiş avtomobil buraxmağı nəzərdə tutsa da, indi şirkət bu rəqəmi 19-a çatdırmaq niyyətindədir. “Nissan”ın məlumatına görə, bu, 2030-cu ilə qədər baş tutacaq. Şirkət qlobal satışlarda elektrikləşdirilmiş avtomobillərin payını əvvəllər proqnozlaşdırılan 50% əvəzinə 55%-ə yüksəldib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər