2 C
Baku
Saturday, December 14, 2024

Niyə Bill Qeyts, İlon Mask və Baffet həmişə bir addım öndədirlər?

Business Insider-ın əməkdaşı Michael Simmons, görkəmli liderlərin həmişə bir addım qabaqda olmağa kömək edən “5 saat qaydası”nı təqdim edir.

“Malcolm Gladwell bizi səhv başa düşdü” məqaləsində, “10,000 saat qaydası” NI dəstəkləyən tədqiqatçılar, dünya səviyyəsində peşəkar olmaq üçün fərqli sahələrin müxtəlif miqdarda təcrübə tələb etdiyini bildirdilər.

10 000 saat universal bir qayda deyilsə, onda əmək bazarında ən yaxşı mütəxəssis olmaq üçün nə etmək lazımdır?

Son bir il ərzində mən Elon Musk, Oprah Winfrey, Bill Gates, Warren Buffett və Mark Zuckerberg kimi bir çox görkəmli liderin bioqrafiyasını araşdırdım.

Etdiklərim akademik araşdırma olmasa da, mənə inanılmaz nəticələr göstərdi.

Liderlərin çoxu, həddindən artıq məşğul olduqlarına baxmayaraq, gün ərzində ən azı bir saat (və ya həftədə beş saat) bu və ya digər təcrübəyə və təlimə ayırır.

Mən buna “5 saat qaydası” deyirəm.

Dünyanın görkəmli liderləri “5 saat qaydası” nı necə tətbiq edirlər

Bioqrafiyasını tədqiq etdiyim liderlər, “5 saat” çərçivəsində səylərini üç sahəyə bölürlər: oxu, düşünmə və təcrübə.

1. Oxu

HRB məqaləsində deyilir: “Nike şirkətinin qurucusu Phil Knight kitabxanasını o qədər çox sevir ki, oraya girmək üçün siz ayaqqabınızı çıxarıb baş əyməlisiniz”.

Oprah Winfrey hesab edir ki, onun əldə etdiyi uğurların sirri kitablardır: “Kitablar mənim şəxsi azadlığımın buraxılış vəsiqəsi idi”. Qeyd edək ki, Oprah Winfrey-in özünün kitab klubu vardır, onun köməyi ilə sahibkar oxu vərdişini bütün dünyaya tanıda bilmişdir.

Oprah və Phil tək deyillər. Kitab oxumağı sevən milyarderlərə nəzər salaq:

– Warren Buffett hər günün 5-6 saatını qəzet və 500 səhifəlik korporativ hesabatı oxumağa sərf edir

– Bill Gates ildə 50 kitab oxuyur

– Mark Zuckerberg iki həftədə ən az bir kitab oxuyur

Elon Musk, qardaşının sözlərinə görə, uşaqlıqda gündə iki kitab oxuyub

– Mark Cuban hər gün 3 saatdan çox oxuyur

– Home Depot-un həmtəsisçisi Arthur Blank hər gün iki saat oxuyur

– Sahibkar və milyarder David Rubenstein həftədə altı kitab oxuyur

– Cleveland Cavaliers-in sahibi Dan Gilbert gündə 1-2 saat oxuyur

2. Düşünmə

AOL şirkətinin baş direktoru Tim Armstrong, komandasını həftənin dörd saatını düşünmə prosesinə ayırmağa məcbur edir. Jack Dorsey gəzintiyə çıxmağı çox sevir. LinkedIn-nin qurucusu Jeff Weiner hər gün düşünməyə iki saat vaxt ayırır. O2E Brands-ın qurucusu Brian Scudamor həftənin 10 saatını sadəcə düşünərək keçirir.

Reid Hoffman yeni ideyanı düşünməyə köməyə ehtiyac duyduqda, dostlarından birinə müraciət edir – Peter Till, Max Levchin və ya Elon Musk. Milyarder Ray Dalio hər hansısa səhv etdikdə, onu şirkətinin bütün işçilərinin istifadə edə biləcəyi sistemdə qeyd edir. Daha sonra komandanı toplamaq və bu səhvin səbəbini axtarıb tapmaq üçün vaxt təyin edir. Sahibkar və milyarder Sara Blakely təcrübəli jurnalistdir. Müsahibələrin birində o başına gələ ən dəhşətli hadisələri xüsusi dəftərə qeyd etdiyini söyləmişdir, hal-hazırda bu dəftərlərin sayı 20-dən çoxdur.

3. Təcrübə

Nəhayət, “5 saat qaydası” sürətli təcrübələşdirmə formasını alır.

Həyatı boyu Ben Franklin həmfikir insanlarla işlənib hazırlanan təcrübələrə və fəzilətlərinin izlənilməsinə vaxt ayırıb. Google şirkəti işçilərinə iş vaxtının 20%-ni yeni layihələrlə təcrübələrin keçirilməsinə sərf etməyə icazə verir. Facebook təcrübələri Hack-A-Months vasitəsilə təşviq edir.

Bəlkə də təcrübələrin keçirilməsində ən parlaq nümunə Thomas Edison-dur. O, dahi olsa da, yeni ixtiralara qarşı çox həssas idi. Edison bütün mümkün həlləri təyin edirdi, sonra sistematik olaraq hər birini sınaqdan keçirirdi. Onun bioqraflarından birinin dediyinə görə, “Thomas Edison dövrünün nəzəriyyələrini başa düşsə də, naməlum problemləri həll etməkdə onları faydasız hesab edib”.

Nikola Tesla bu yanaşma haqqında belə deyib: “Thomas Edison samanlığın içində itirdiyi iynəni tapmaq məcburiyyətində olsaydı, düşünmədən yeri qarış-qarış gəzib tapardı”.

“5 saat qaydası” nın gücü: təkmilləşmə sürəti

İş dünyasında “5 saat qaydası” nı tətbiq edən insanlar hər zaman bir addım öndə olurlar. Mütəxəssislərin əksəriyyəti nə qədər sürətlə irəliləmələrinə deyil, daha çox məhsuldarlığa və effektivliyə diqqət yetirirlər. Nəticədə, həftədə cəmi 5 saat təcrübələrlə məşğul olsanız, digər insanlardan fərqlənəcəksiniz.

Sahibkar və milyarder Mark Andrissen müsahibələrin birində təkmilləşmə sürətindən danışdı:

“Düşünürəm ki, 22 yaşlı startap təsisçiləri haqqında olan hekayələr son dərəcədə şişirdilib. Məncə, insanlar hovuzun dərinliyinə tullanmağın vacibliyini obyektiv qiymətləndirmirlər, çünki reallıqda hovuzun dərinliyinə tullanan insanlar boğulurlar. Mark Zuckerberg haqqında niyə bu qədər hekayə eşidirik? Məlum deyil, axı Mark Zuckerberg-lərin sayı çox azdır və onların əksəriyyəti hələ də hovuzda üzü aşağı üzür. Buna görə də, əksəriyyətimiz üçün yeni bacarıqlara yiyələnmək yaxşı ideyadır”.

Sonda Mark əlavə edir: “Həqiqətən də görkəmli olan liderlərlə ünsiyyət qursanız başa düşəcəksiniz ki, bu gün bu fikri həm Mark Zuckerberg-ə, həm də digər bir çox CEO haqqında söyləmək olar. Onların şirkətin necə idarə ediləcəyi ilə bağlı bilikləri nəzəridir və 20 yaşdan bir az çox yaşın olanda bütün bunları intuitiv səviyyədə başa düşmək çətindir. İnsanların əksəriyyəti real bacarıqların inkişafına 5-10 il sərf edir”.

Öyrənmə prosesinə fiziki məşq kimi yanaşmaq lazımdır

“Həyat boyu öyrənmə yaxşıdır” düşüncəsindən uzaqlaşmalıyıq və uğurlu karyera qurmaq üçün orta hesabla insanın günün neçə saatını təhsilə sərf etməli dərindən düşünməliyik.

Məsələn, sağlam olmaq üçün gün ərzində qəbul etməli olduğumuz vitaminlərin miqdarı, keçməli olduğumuz addımların aerob məşqlərin sayı var. Eynilə uğurlu karyera üçün təhsilə sərf etməli olduğumuz vaxtı da müəyyən etmək mümkündür.

Əgər yeni heç nə öyrənmirsinizsə, uzunmüddətli təsirlər, sağlam olmayan həyat tərzinin uzunmüddətli təsirindən heç də yaxşı olmayacaqlar. AT&T şirkətinin direktoru New York Times-a verdiyi müsahibədə bunu açıq şəkildə söyləyir. Onun sözlərinə görə, insan həftədə ən azı 5-10 saat təhsilə sərf etməlidir, əks halda onlar “texnoloji baxımdan mənəvi olaraq yaşlanırlar”.

“5 saat qaydası” nı öz həyatınızda tətbiq etmək istəyirsiniz?

Dünyanın ən məşğul insanları belə HƏR GEN öyrənməyə ən azı bir saat tapa bilirlər. Siz də bunu bacara bilərsiniz!

Öyrənmə ritualınızı yaratmaq üçün siz cəmi üç addım atmalısınız:

– Həddindən artıq məşğul olsanız belə kitab oxumağa və öyrənməyə vaxt ayırın.

– “Tapdığınız” vaxtdan səmərəli istifadə edin, çalışın diqqətiniz yayınmasın.

– Yeni bilikləri yadda saxlamaq və həyatınızda tətbiq etmək üçün nəticələrinizi möhkəmləndirin.

 

 

 

Son xəbərlər
Digər xəbərlər