15 C
Baku
Friday, March 29, 2024

Niyə görə Azərbaycanda kredit belə bahadır?

Son dövrlərin ən müzakirə olunan mövzularından biridə kredit faizlərinin Azərbaycanda daha yüksək olması ətrafındadır. Banker.az olaraq bizdə bu mövzu ətrafında qısa və sadə formada fikirlərimizi bildirmək istərdik.

İlk öncə gəlin kredit faizini hansı faktorlar formalaşdırdığına baxaq.

Kredit qiymətində adətən  aşağıdakı parametrlər durur:

  • Cəlb etmə mənbəyindən asılı olaraq pulun qiyməti
  • Bankın əməliyyat xərcləri

Gəlin yuxarıda qeyd olunan 2 faktora daha ətraflı baxaq.

Pulun cəlb etmə mənbəyindən asılı olaraq pulun qiyməti

Banklar kreditə pul vermədən öncə həmən vəsaitə sahib olmalıdırlar. Adətən pulun cəlb etməsi 4 istiqamətdə baş verir .

  1.    Xarici və ya daxili fondlardan vəsaitin cəlb edilməsi. Dolayı sözlə desək, banklar sizə kredit verməmişdən öncə özləri bəzən başqa şirkətlərdən və ya fondlardan vəsait cəlb edirlər. Azərbaycan banklarının belə vəsaiti cəlb etmək üçün çox vaxtı 8-15% həcmində xərci çıxır.
  2.     Bankların pul cəlb etmək üçün alternativ variantı əhalidən əmanətin cəlb edilməsidir. Bank deposit olaraq əhalidən topladığı vəsaitə misal üçün 10% ödəniş edir, həmən pulu 25% kredit şəklində isə digər şəxslərə Arada qalan fərq bankın həm xərclərini həmdə gəlirini təmin etməlidir.
  3.     Banklar bazara qiymətli kağızlar çıxarmaqla vəsait cəlb edə bilirlər.
  4.     Banklar Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq kredit cəlb edə bilərlər. Reallıqda bu proses hazırda Azərbaycanda işlək deyildir. Faktiki bu metod üzrə pul cəlb etməsi mümkün olsaydı banklar kifayət qədər qənaət etmiş olardılar , çünki bu metod vasitəsi ilə vəsaitlər çox ucuz , təxminən 3.75% başa gəlir.

Beləliklə, yuxarıdakı məsələləri nəzərə alsaq belə qənaətə gəlmək olarkı ilkin mərhələdə bank pul cəlb etməyə görə təxminən 14% xərc çəkir.

İndi isə növbəti mərhələyə, əməliyyat xərclərinə keçid alaq.

Əməliyyat xərcləri

Əməliyyat xərcləri loru dildə dedikdə, bankın bütün digər xərclərini, yəni işçilərin əmək haqqılarını, kompüter alınması üçün çəkilən xərclər, ofislərin icarəsi və s. xərcləri əhatə edir. Azərbaycan şəraitində bankların əməliyyat xərcləri  mütəxəssislərin hesablamalarına  görə təxminən 8-9% civarında olur (bu optimal işləyən banklara aiddir, zəif işləyən banklarda bu göstərici daha çoxdur).  Qeyd olunan faiz, hər kreditə düşən xərclər üzrə proporsional hesablanır.

Deyilənləri nəzərə alsaq belə qənaətə gəlmək olarki, hər bir kreditin təxminən 10% (bəzi banklarda 14 %) bank digər fondlara və ya əhaliyə deposit şəklində ödəyir və təxminən 9% civarında bankın öz xərcləri olur. Aşağıdakı qrafikdən kreditin strukturunu daha aydın görmək olar.

Qeyd: Yuxarıda göstərilən bütün faizlər effektiv  faiz olduqda mütəxəssislər tərəfindən nominal faizlərə xüsusi hesablamalar nəticəsində çevrilmişdir.

Capture

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.