9 C
Baku
Thursday, December 12, 2024

Niyə görə banklar bəzən krediti güclə dollarla verirlər?

Bəzən müştərilər gileylənirlərki banklar bizə istəyimizin əksi olaraq manat əvəzinə dollar verirlər. Bu isə müştəri üçün valyutanın kursunun dəyişməsi nəticəsində itki ilə nəticələnir. Çünki reallıqda götürülsə, Azərbaycanda manatdan başqa digərlər valyutalar ilə alış-veriş qadağandır və müştəridə öz növbəsində istər istəməz götürdüyü dollar kreditini xərcləmək üçün manat kreditinə çevirir.

Əslində, çox bank istəməzdiki müştərisinə onun arzulamadığı valyutada kredit versin. Lakin, çox vaxt situasiya bankları bu addımı atmağa məcbur edir. Səbəb isə sadədir – banklar öz risklərini sığortalayırlar!

Digər məqalələrimizdən məlumdurki banklar kredit vermək üçün vəsaiti ya əmanətlər vasitəsi ilə əldə edirlər və ya xarici fondlardan cəlb edirlər. Yuxarıda qeyd etdiyimiz valyuta məsələsi daha çox ikinci varianta, xaricidən cəlb edilmiş vəsaitlərə aiddir.

Banklar cəlb etdikləri dollar vəsaitlərində məhz itkiləri, riski azaltmaq üçün müştərilərə dollarda kredit verirlər. Bu əməliyyata “back to back” əməliyyatı deyilir. Əməliyyatın mahiyyətini aşağıdakı qısa misalda baxaq: Bank xarici fondlardan 1 000 000 $ cəlb edir. Valyutanın kursu əlbəttəki növbəti illər ya aşağı düşə bilər və ya əksinə qalxa bilər. Bank fərz edək ki stabillik tərəfdarıdır və nə itki, nədə qazanca şərik olmaq istəmir. O zaman o götürdüyü dollar vəsaitini bir-başa dollarlada əhaliyə verir. Növbəti mərhələdə əhali pulu banka dollarla qaytardıqda , bank həmən vəsaiti fonda qaytarır. Yəni göründüyü kimi bank demək olarki heç bir valyuta riski ilə qarşı-qarşıya qalmadı (aldı dollar, qaytardı dollar).

Qeyd olunan fakt daha çox BOKT-lara aid olsada, eyni sxem bəzi banklardada müşahidə olunur (valyuta əməliyyatlarında daha az risk götürməyə meyilli banklarda) .

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.