Nobel mükafatı laureatı Richard Thaler-dən 5 maliyyə dərsi

1980-cı illərin əvvəllərində Richard Thaler ilk baxışdan radikal görünən fikirlərini əks etdirən tədqiqatını dərc etmişdir. Onun universitet iş yoldaşlarının çoxu bu fikirləri qəbul etmədi. Lakin sonradan Thaler-in tədqiqatları özündə iqtisadiyyat və psixologiyanın elementlərini birləşdirən müasir davranış iqtisadiyyatının inkişafına böyük töhfə verdi.  Davranış iqtisadiyyatının məqsədi insanların nəyə görə bu və ya digər qərarları verdiyini öyrənməkdir.

  1. Hərracların qalibləri çox vaxt pullarını itirmiş olurlar

Richard Thaler-in ən populyar işlərindən biri “The Winner’s Curse” (Qalibin lənəti) sayılır. Onun əsas ideyası ondan ibarətdir ki, adətən hərracların qalibləri aldıqları məhsula həddindən çox pul ödəməyə meyllidirlər. 

“Qalibin lənəti” iki halda özünü göstərir: insan məhsulu onun həqiqi qiymətindən daha baha qiymətə aldıqda və ya gözləntilərini doğrultmayan məhsulu aldıqda. 

Onun sözlərinə görə, “Qalibin lənəti” insanların hərracda düzgün qiymət təklif etmək cəhdində səhv etmək meyli ilə əsaslandırılır. Bundan əlavə, iddiaçıların sayının çox olması səbəbindən insanlar daha aqressiv davranırlar və malların qiymətini qaldırırlar.

  1. İnsanlar öz əşyalarının dəyərini şişirdirlər

Daha bir konsepsiya – “Anomalies: The Endowment Effect, Loss Aversion, and Status Quo Bias” və ya “sahiblik effekti”. Bu fenomenin mahiyyəti ondan ibarətdir ki, adətən insan əşyalarına möhkəm bağlı olur və onların dəyərini çox şişirdir.

Professor tələbə iqtisadçılarının iştirak etdiyi sınaq keçirdi. Tələbələrin yarısına qəhvə fincanları verildi, tələbələrdən fincanın dəyərini müəyyən etmələri tələb olunurdu. Məlum oldu ki, fincanı olan tələbələr ona daha yüksək qiymət verirdi, nəinki fincanı olmayanlar. 

Səbəb çox sadədir – insanlar sahib olduqları şeyi itirməkdən qorxurlar. 

  1. Uzaqgörənlik çox faydalı keyfiyyətdir

Richard Thaler-in Nobel mükafatına layiq görülməsinin əsas səbəblərindən biri də onun özünü idarə etmək bacarığına dair yazdığı “An Economic Theory of Self-Control” işi olmuşdur. 

Hər birimiz pensiya üçün müəyyən vəsait ayrılmalı olduğumuzu bilirik, lakin bunu edən insanların sayı çox azdır. Səbəb çox sadədir: gündəlik ehtiyac və cazibələrə görə insanlar uzaqgörən ola bilmirlər. 

Bu problemi aradan qaldırmaq üçün Thaler “planlaşdıran/iş görən” modelini təklif edir. Qeyd edək ki, bu model neyrobiologiyada geniş istifadə olunur və insanın gündəlik cazibələrə qarşı həssas olmasının səbəbini izah edir. 

  1. Qərar qəbul etməyinizə təsir edən şeyə diqqət yetirin

Richard Thaler və onun həmkarı Cass Sunstein, “The Power of Nudges, for Good and Bad” nəzəriyyəsini işləyib hazırlamışdılar. Bu nəzəriyyəyə görə, qərarların qəbul edilməsinə təsir edən müəyyən xarici amillər vardır. Başqa sözlə desək, insanın düzgün seçim etməsi üçün ona təkan vermək. 

Thaler, dövlətin insanların qərar qəbul etməsi barədə məlumatlandırılmasına çalışır. Məsələn, işçiləri avtomatik pensiya yığımı sisteminə keçirməyi təklif edir. Tədqiqatların əsas məqsədi insanlara ən yaxşı qərarlar verməyi öyrətməkdir.

  1. İnsanlar pis xəbərlərə sərt reaksiya verirlər, yaxşı xəbərləri isə qiymət vermirlər

Thaler-in fikirlərinin investisiya strategiyasına təsir etməsi təəccüblü deyil. Məsələn, investisiyalar az qazanc gətirdikdə, sərmayədar bu xəbərə sərt reaksiya verir və bununla da vəziyyətini daha da pisləşdirir. Bu, valyuta məzənnələrinə mənfi təsir göstərir. Thaler-in fikrincə, sərmayədar aylıq maliyyə hesabatlarına baxmasa daha yaxşıdır. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları