17 C
Baku
Friday, May 3, 2024

“Nokia” 14 min işçini ixtisar edəcək

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia”, xərclərin azaldılması proqramı çərçivəsində işçilərinin 16%-ni ixtisar edəcək, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Ümumilikdə, “Nokia” 2026-cı ilin sonuna kimi xərcləri 0.8-1.2 milyard avro azaltmağı, o cümlədən hazırkı 86 000 nəfərdən 9 000-14 000 işçini ixtisar etməyi gözləyir.

“Ən çətin iş qərarları işçilərimizə təsir edən qərarlardır. “Nokia”nın son dərəcə istedadlı insanları var və biz bu prosesdən təsirlənən hər kəsə dəstək verəcəyik”, – deyə şirkətin prezidenti və baş direktoru Pekka Lundmark bildirib.

Lundmark “Reuters”ə şərhində bildirib ki, “Nokia”nın Şimali Amerika bazarında satışları üçüncü rübdə 40% azalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər