9 C
Baku
Friday, December 13, 2024

“Nokia” son iki ildə gizli şəkildə 11 mindən çox insanı işdən çıxarıb

Finlandiyanın texnologiya nəhəngi olan “Nokia” 2019-2020-ci illərdə gizli şəkildə 11 mindən çox insanı işdən çıxarıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Jurnalistlər keçən il “Nokia”nın əmək xərclərini 500 milyon avro azaltdığını bildiriblər. Hesablamalara görə, 2019-cu ildə telekommunikasiya avadanlıqları istehsalçısı təxminən 5 min, 2020-ci ildə isə 6 mindən çox iş yerini ixtisar edib.

Ümumilikdə, iki il ərzində şirkət 11 044 işçini ixtisar edib. Nəticədə, 2020-ci ildə “Nokia” işçilərinin orta sayı 92 039 nəfər olub. Verilən məlumata görə, ixtisarın böyük hissəsi texnologiya nəhənginin Çindəki nümayəndəlinin payına düşüb. Təkcə keçən il işçi heyəti 2018-ci illə müqayisədə 12% azalıb (3500 nəfər).

Qeyd edək ki, keçən ili “Nokia” 2.42 milyard avro xalis zərərlə başa çatdırıb. 2019-cu ildə şirkətin xalis mənfəəti cəmi 18 milyon avro təşkil edib. Bu nəticə Finlandiyada vergi aktivlərinin silinməsi ilə izah edilir, nəticədə satışlar 6% azalaraq 21.9 milyard avroya düşüb.

“Gizchina” portalının bildirdiyi kimi, “Nokia” səhmdarları beşinci nəsil şəbəkələr texnologiyası və avadanlıq bazarındakı səhvləri nəzərə alaraq, şirkətin öz rəqabət qabiliyyətini itirə biləcəyindən narahatdırlar. Bu, qlobal bazara “Huawei” və “Ericsson” şirkətlərinin çıxması ilə əlaqələndirilir. 5G avadanlığının inkişafının ilkin mərhələsində fin istehsalçısı sahə daxilində proqramlaşdırıla bilən mikrosxemlərdən istifadə etmək qərarına gəlib. Rəqiblər isə enerjiyə qənaət edən və istehsalı ucuz başa gələn çiplərə güvənirlər, nəticədə “Nokia”nı geridə qoyublar.

Buna baxmayaraq, “Nokia” artıq altıncı nəsil (6G) şəbəkələrini inkişaf etdirir. 2020-ci ilin sonunda Avropa Birliyi bu məqsədlər üçün şirkətə əlavə vəsait ayırıb. Bu texnologiya 2030-cu ildə aktiv istifadəyə verilməlidir.

Son xəbərlər
Digər xəbərlər