9 C
Baku
Thursday, December 12, 2024

Norveç Ukraynaya 240 mln. avro vəsait ayırıb

Norveçin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 240 milyon avro ayrıldığını açıqlayıb.

Bununla bağlı iyunun 12-də Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

“Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 240 milyon avro ayıracaq. Bu gün Almaniya Danimarka, Hollandiya və Norveçlə birlikdə Ukraynaya daha 100 Patriot hava hücumundan müdafiə raketi tədarük edəcəyini açıqlayıb. Norveç bu təşəbbüsə 125 milyon avro töhfə verəcək” – deyə nazirliyin X sosial şəbəkəsindəki hesabında deyilir.

İyunun 8-də Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna hökumətinin əlavə tədarüklə bağlı Qərb ölkələri ilə bir sıra müqavilələr bağladığını açıqlamışdı. Onun sözlərinə görə, yaxın vaxtlarda bəzi tədarüklər gözlənilir və daha bir neçə hava hücumundan müdafiə sistemi isə ölkəyə payıza yaxın gələcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər