25 C
Baku
Wednesday, May 29, 2024

“Nothing” yeni simsiz qulaqlıqlarını təqdim edib – Qiyməti $99

Daha öncə dünyada ilk şəffaf smartfon təqdim etmiş “Nothing” startapı yeni simsiz qulaqlıqlarını nümayiş etdirib. Model “Ear Stick” adını alıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Aksesuar avtonom rejimdə 5.7 saat işlər, keys ilə birlikdə – 29 saat. Qulaqlığın hər birində üç mikrofon yer alır, onlar  IP54 standartı üzrə qorunub. Bu o deməkdir ki, tər və yağış damcıları “Ear Stick” üçün tam təhlükəsizdir.

Nothing Ear stick 5 large

Cihaz 4 noyabr 2022-ci il tarixində dünyanın 40-dan çox ölkəsində satışa çıxır. Aksesuarın qiyməti 99 dollar təşkil edəcək.

Xatırladaq ki, “Nothing” startapı “One Plus” şirkətinə məxsusdur. 2022-ci ilin sonunda startap ilk offlayn ofisini açmağı planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər