Notlara 4,5 dəfə çox təlabat yaranıb

0

12 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 936 817 200.00 AZN olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 000 000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 10.07.2019