12 C
Baku
Friday, March 29, 2024

“Nou Kamp”ı Türkiyə şirkəti 900 milyon avroya restavrasiya edəcək

İspaniyanın “Barselona” klubunun stadionu – “Nou Kamp”ın bərpası ilə bağlı tenderin qalibi  Türkiyənin “Limak İnşaat” şirkəti olub.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Barselona klubu İdarə Heyətinin yanvarın 9-da keçirilən iclasından sonra verdiyi yazılı açıqlamada bildirilir ki, klub rəhbərliyi “Limak İnşaat”a iyun ayında bərpa işlərinə başlamağa icazə verib.

İspaniya mətbuatında verilən məlumata görə, 2026-cı ilin yayında başa çatması gözlənilən layihənin dəyəri təxminən 900 milyon avrodur. Layihədə “Nou Kamp”ın tutumunun 105 min 53-ə yüksəldilməsi və 50 min kvadratmetrlik dam örtüyünün qurulması hədəflənir.

La Liqada 2022-2023 mövsümü başa çatdıqdan sonra “Nou Kamp”ın bərpa layihəsi ilə əlaqədar olaraq, Barselona futbol komandası matçlarını 2024-cü ilin oktyabr ayına qədər Barselona şəhərinin Montjuic bölgəsindəki Olimpiya Stadionunda (təxminən 50 min tutumlu) keçirəcək.

Son xəbərlər
Digər xəbərlər