Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.
“Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.
Eləcə də bax: Milli Məclisin ən çox maaş alan deputatları – Kim nə qədər alır? [siyahı]
Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib.