“Azərişıq” ASC Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 35/6 kV-luq 1×10 MVA gücündə 143 saylı yarımstansiya əvəzinə yeni 35/6 kV-luq 2×10 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “Nur.S Enerji Servis” MMC-dir.
Qalib şirkətə 955 883 manat ödəniləcək.