2 C
Baku
Saturday, December 14, 2024

Noyabrda Belarusda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək

KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası noyabrda Belarusda respublika prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə keçiriləcək.

Bu barədə Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəis müavini Polkovnik Dmitri Ryabixin məlumat verib.

“Noyabrda Belarus Respublikasında dövlət başçısının rəhbərliyi ilə müdafiə nazirləri və xarici işlər nazirləri, dövlət təhlükəsizlik katibləri şuralarının birgə iclası keçiriləcək” – Ryabixin deyib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Təşkilatın fəaliyyətinin əsas məsələlərini nəzərdən keçirir və onun məqsəd və vəzifələrinin həyata keçirilməsinə yönəlmiş qərarlar qəbul edir, həmçinin bu məqsədlərə nail olmaq üçün üzv dövlətlərin əlaqələndirilməsini və birgə fəaliyyətini təmin edir.
Şuraya KTMT-yə üzv dövlətlərin: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderləri daxildir.

Son xəbərlər
Digər xəbərlər